BÜTÜN DÜNYAYA ÇATDIRSINLAR Kİ, DÜŞMƏN DİNİ ABİDƏLƏRİMİZİ NECƏ DAĞIDIB

0

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Prezident İlham Əliyev öz çıxışında, azad edilən bölgələrdə düşmən tərəfindən dağıdılmış dini və tarixi abidələrimizdən təəssüflə danışıb:

“… Bu ay ICESCO-nun nümayəndə heyətinin səfəri gözlənilir. Yaxşı olardı ki, nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər. Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb…” deyə ölkə başçısı bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SÜNNƏYƏ GÖRƏ ÜNSİYYƏT

Bağla