Alimlər dünyanın öz oxu ətrafında daha sürətli fırlandığını müəyyən ediblər. Bu tədqiqatların nəticəsinə görə son 50 ildə dünya belə sürətli fırlanmamışdı və artıq bir sütka 24 saatdan daha azdır.
“LiveScience” nəşrinin məlumatına görə, 2020-ci il dekabrın 19-da bir sutka 24 saatdan 1,4602 saniyə daha az olub. Bu, 1960-cı ildən – günlərin qeyd edilməsindən sonra müəyyən edilən ən qısa sutkadır.
Bu tədqiqatdan, bir sutkanın 24 saatdan təxminən 0.5 saniyə az olmasından sonra saniyələrin dəyişdirilib-dəyişdirilməyəcəyi müzakirə mövzusuna çevrilib.
Bu çox kiçik fərq kimi görünsə də xüsusilə peyklər və digər bəzi informasiya vasitələri vaxtını ay, günəş və ulduzların mövqeyinə görə müəyyən edir.
Bu səbəblə də milli saniyəlik fərqlər də tədqiqatçılar üçün çox əhəmiyyətlidir.