ŞƏFA TAPMAQ MƏQSƏDİLƏ OXUNAN DUALAR

0

Uca Allah Qurani-Kərimin bir neçə ayəsində Quranın inanan möminlər üçün şəfa mənbəyi olduğunu buyurmuşdur. Bu ayələrdən bəziləri aşağıdakılardır:

Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlbərə şəfa və möminlərə hidayət və mərhəmət olan (Quran) gəlmişdir“. (Yunus, 10/57).

De: O, (Quran) iman gətirənlərə doğru yol göstərən və şəfadır“. (Fussilat, 41/44).

Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik“. (İsra, 17/82).

Bu ayələr Quranın inanan insanlar üçün maddi və mənəvi şəfa mənbəyi olduğuna dəlalət edir. Buna görə də xəstə olan bir insan tibbi müalicələrlə yanaşı Qurandan da müəyyən surələri və ayələri oxuyarsa bu onun tezliklə sağalması ilə nəticələnər. Şəfa tapmaq və qorunmaq məqsədi ilə Qurani-Kərimdən Fatihə, İxlas, Fələq, Nas surələrinin, Ayətəl-kürsinin, Bəqərə surəsinin son iki ayəsinin və. s oxunmasını Rəsulullah (s.ə.s) hədisi-şəriflərində ümmətinə tövsiyə etmişdir. Bundan əlavə hədisi-şəriflərdə xəstə olan kimsə üçün və ya xəstənin özü üçün oxuması tövsiyə olunan dualar da mövcuddur. Əsas hədis mənbələrində keçən bu dualardan bəziləri aşağdakılardır.

Xəstə üçün oxunan dualar:

  • Həzrət Aişədən (r.anha) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) bir xəstəni ziyarət etdiyi zaman və ya xəstə Rəsulullahın (s.ə.s) yanına gətirildiyi zaman belə dua edərdi:

أَذْهِبِ البَأْسَ رَبَّ النَّاسِ، اِشْفِ وَأَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لاَ يُغَادِرُ سَقَمًا

Ey insanların Rəbbi! Bu xəstənin xəstəliyini sağalt! Ona şəfa ver! Şəfa verən Sənsən. Səndən başqa şəfa verən heç kim yoxdur. Bu xəstəyə elə bir şəfa ver ki, onda xəstəlikdən heç bir əsər-əlamət qalmasın!” (Buxari, Mərda, 20).

  • İbn Abbasdan (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim hələ əcəli yaxınlaşmayan bir xəstəni ziyarət edərək onun yanında yeddi dəfə:

أَسْأَلُ اللَّهَ العَظِيمَ رَبَّ العَرْشِ العَظِيمِ أَنْ يَشْفِيَكَ

Əzəmət sahibi Allahdan və ərşin Uca Rəbbindən sənə şəfa verməsini diləyirəm“, – deyərək dua edərsə Allah o xəstəyə şəfa verər“. (Tirmizi, Tibb, 32; Əbu Davud, Cənaiz, 12)

  • Həzrət Aişədən (r.anha) rəvayət olunduğuna görə Rəsulullahın (s.ə.s) ailəsindən kimsə xəstələndiyi zaman “muavvizatı” (İxlas, Fələq və Nas surələri) oxuyaraq xəstənin üzərinə üfləyərdi”. (Müslim, Səlam, 50).

Xəstənin özü üçün oxuyacağı dualar:

               Osman ibn Əbul-As bədənində hiss etdiyi bir ağrıya görə Rəsulullaha müraciət etmiş, Rəsulullah (s.ə.s) ona belə buyurmuşdur: “Əlini bədəninin ağrıyan yerinə qoy və üç dəfə Bismillah dedikdən sonra yeddi dəfə bu duanı oxu:

أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ

Hiss etdiyim və çəkindiyim bu ağrının şərrindən Allaha və Onun qüdrətinə sığınıram”. (Müslim, Səlam, 67).

  • Əbu Dərdadan (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Sizdən kimin hər hansı bir yeri ağrayarsa və ya bir (din) qardaşı ona xəstəliyinə görə müraciət edərsə bu duanı oxusun:

رَبَّنَا اللَّهُ الَّذِي فِي السَّمَاءِ، تَقَدَّسَ اسْمُكَ، أَمْرُكَ فِي السَّمَاءِ وَالْأَرْضِ، كَمَا رَحْمَتُكَ فِي السَّمَاءِ فَاجْعَلْ رَحْمَتَكَ فِي الْأَرْضِ، اغْفِرْ لَنَا حُوبَنَا وَخَطَايَانَا، أَنْتَ رَبُّ الطَّيِّبِينَ، أَنْزِلْ رَحْمَةً مِنْ رَحْمَتِكَ وَشِفَاءً مِنْ شِفَائِكَ عَلَى هَذَا الْوَجَعِ

Ey göylərdəki Rəbbimiz! Sənin adın müqəddəsdir. Mərhəmətin göydə olduğu kimi, əmrin də həm yerdə həm də göydədir. Mərhəmətini yerə endir. Bizim günahlarımızı və xətalarımızı bağışla. Sən təmiz insanların Rəbbisən. Bu ağrıya mərhəmətinlə mərhəmət et, şəfa xəzinəndən şəfa ver“. (Əbu Davud, Tibb, 19).

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENİLƏNMİŞ 1, 5 VƏ 50 MANATLIQ PUL NİŞANLARI TƏDAVÜLƏ BURAXILIB

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində...

Bağla