KANADADA 3-CÜ DƏFƏ MÜSƏLMAN NAZİR POSTUNA TƏYİN OLUNDU

0

Kanadada müsəlman əslli Toronto millət vəkili Omar Alghabra ölkənin nəqliyyat naziri təyin olunub.

Bu barədə Kanada Baş nazirlik administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, innovasiya, elm və sənaye naziri Navdip Bains pensiyayaçıxaraq tutduğu vəzifədən ayrılıb. Onun yerinə indiki xarici işlər naziri Françis Filip Çamping, xin vəzifəsinə isə indiki rabitə naziri Mark Qarney təyin olunub.

Qarneyin yerinə isə Toronto millət vəkili müsəlman Omar Alghabra nəqliyyat naziri təyin edilib.

Əslən Səudiyyə Ərəbistanından olan O. Alghabra Kanada kabinetinə təyin edilən 3-cü müsəlman nazirdir.

Bundan əvvəl Somali əslli Ahmad Hussen uşaq, ailə və sosil inkişaf naziri, Əfqanıstan əslli MəryəmMonsef isə qadının statusu naziri təyin olunublar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ ALLAHI VƏ PEYĞƏMBƏRİ TƏHQİR EDƏN KANAL RƏHBƏRİNDƏN ÜZR İSTƏMƏYİ TƏLƏB EDİB.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi və Ruhanilər Heyəti “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvramiyanın efirdə səsləndirdiyi sözlərlə bağlı bəyanat...

Bağla