Türkiyə Kahramanmaraş vilayətinin Göksun rayonundakı məscidlərdən birində yanğın baş verib.
Yerli yanğından mühafizə idarəsinin əməkdaşları bədbəxt hadisəyə müdaxilə edərək yanğını söndürüblər.
Yanğın nəticəsində məcid istifadəyə yararsız hala düşsə də məbəddə olan Qurani-Kərim kitablarına heç nə olmayıb.
Qurani-Kərimlər toplanaraq məscidin din xadiminə təhvil verilib.
Baş vermiş bədbəxt hadisə ilə əlaqədar istintaq başladılıb.
Mənbə: İHA