Beyin insan bədənindəki ən mürəkkəb orqanlardan biridir. İnsan beyninin mürəkkəbliyi, onun təkcə sevimli xatirələrini etibarlı şəkildə saxlayan bir anbar kimi fəaliyyət göstərməsində deyil təbii ki, bu mürəkkəblik həmçinin insan xarakterini əmələ gətirən amillərin beyində başlaması, mərkəzi sinir sisteminin beyində olması, beyinin insan inkişafının təməllərindən biri olması kimi bir çox mühim amildən qaynaqlanır. Beyinlə əlaqəli bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm.
- İnsan beyni mərkəzi sinir sisteminin toplandığı yer kimi fəaliyyət göstərsə də, insan bədənində sinirdən məhrum olan yeganə orqandır.
- Ümumi bədən çəkisinin yalnız 2 faizini təşkil etməsinə baxmayaraq beyin təxminən bədən enerjisinin 20 faizini istehlak edir.
- Beyində mövcud olan neyronların sayısı dünya əhalisinin 15 qatına bərabərdir, bu da təqribən 100 milyarddır.
- Albert Einşteynin beyni 1230 qramdır, bu da normal beyinin (1400 qram) ağırlığından 10 faiz daha kiçikdir. Ancaq onun beyninin neyron sıxlığı ortalamadan çoxdur.
- Orta beyinin gündə təxminən 50.000 düşüncə yaratdığı düşünülür. Bununla birlikdə, bu düşüncələrin 70 faizinin əksər insanlarda mənfi olduğu təxmin edilir.
- Beynimiz təxminən 12-25 vat elektrik enerjisi istehsal edir ki, bu da bir lampanı yandırmaq üçün kifayətdir.
- Beynin prefrontal korteksi yüksək dərəcədə elastikdir, beləliklə zədələnmə zamanı çox vacib olan ön hissəni qoruyur. Beynin ön lobu kifayət qədər davamlı olmasına baxmayaraq, qalan hissəsi çox incədir. Kiçik bir zərər də ölümcül ola bilər.
- Beyinin müəyyən sahələrinin işləməməsi olduqca qeyri-adi nəticələrə səbəb ola bilər. Məsələn, bir qadının beynində emosional duyğulara nəzarət edən amiqdala götürülmüşdür, bu qadında gözlənilmədən həddindən artıq empatiya hissləri inkişaf etmişdir.
- Beyin qırışları məlumatları yaddaşımızda saxlamağa və düşüncə istehsal edən neyronları hərəkətə gətirməyə imkan verir. Meditasiya beyindəki qırışları artırır. Onun üçün namaz qılmaq, təfəkkür etmək beyin inkişafı üçün çox vacibdır.
- Fərqli neyron tipləri ilə məlumatlar beynimizdə müxtəlif sürətlərdə hərəkət edir. Beyindəki düşüncə sürəti saatda 1,6 kilometrdən saatda 432 kilometrə qədərdir.
- Son illərdə insan beyninin eyni vaxtda bir çox tapşırıq yerinə yetirmək üçün əlverişli olmadığı sübut edilmişdir. Başqa sözlə, bir anda tək bir işlə məşğul olmaq insan beyni üçün idealdır.
İnsan beyninin sirləri hələ də axıra kimi aşkarlanmamışdır. İllər boyunca beyinle əlaqədar aparılmış araşdırmalar və yazılmış kitablar bu sirli organımızı bizə tam mənasıyla tanıtmaq üçün kifayət etməmişdir.
Rəşad Manafov