MAKRONA ETİRAZ OLARAQ “TALƏAL BƏDRU” İLAHİSİ FRANSIZCA OXUNDU – VİDEO

0

Moldova əslli müğənni Leonida Timuş, Fransa prezidenti Emanuel Makronun İslam dini əleyhində siyasətinə qeyri-adi üsulla etirazını bildirib.

Müğənni Hz.Muhammədin (ﷺ) hicrəti vaxtı Mədinəlilərin oxuduğu “Taləal bədru” ilahisini fransızca səsləndirib.

Bu barədə açıqlama verən Timuş, Fransa prezidenti və digər ölkə rəsmilərinin İslam əleyhində hərəkətlərinə və bəyanatlarına görə təəssüf etdiyini bildirib.  

“Makron İslama hücum edərək insanların hisslərini incidib. İslami dəyərlərin, rəmzlərin və inanc əsaslarının xor görülməsi qəbul edilməzdir. Bu cür hərəkətlər beynəlmiləl bəşəri dəyərlərə və cəmiyyətlərin mənəvi heysiyyətinə zərər verir. Bu səbəblə də mənası çox böyük olan bu ilahini başda Makron olmaqla fransızların başa düşəcəyi dildə oxuyuram.”- deyə Timuş bildirib.

Leonida Timuş 1998-ci ildə Moldovanın paytaxtı Kşinyovda dünyaya gəlib. Kiçik yaşlarından etibarən musiqiyə həvəsi var. Əcnəbi dillərə olan marağı sayəsində fransa, ingilis, rus, rumınya, italya və türk dillərini yaxşı səviyyədə bilir.

2015-ci ildən ailəsi ilə birlikdə Türkiyədə yaşayan Timuş Qurani-Kərimin tərcüməsini oxuduqdan sonra İslam dinini araşdırıb müsəlman olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ ÇİNİN UYĞURLARA QARŞI HƏRƏKƏTLƏRİNİ SOYQIRIMI ELAN ETDİ

ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini "soyqırım" və "insanlıq əleyhinə cinayətlər" hesab edir. Bu bəyanatla ABŞ-ın dövlət katibi Maykl...

Bağla