“YUNAN YEPİSKOP MÜSƏLMANLARDAN ÜZR İSTƏMƏLİDİR”

0

Ümumdünya Müsəlman Alimlər Şurası” İslam dinini təhqir edən Yunanıstanın baş yepiskopu İerominosdən, müsəlmanlardan üzr istəməyi tələb edib.

Bu barədə şura yazılı bəyanat yayıb.

Bəyanatda deyilir:

“İslama zalımcasına hücum edən, İslamın bir din yox, siyasi partiya olduğunu iddia edən Yunanıstanın baş yepiskopu İerominosun  sözlərini şiddətlə pisləyirik və onun müsəlmanlardan rəsmən üzr istəməsini tələb edirik.

Bu cür sözlərin insanlığa heç bir faydası yoxdur. Bunun səbəbi gizli kin və ikili standart siyasətidir. Yunanıstanın baş yepiskopu İslam dininə qarşı böyük cahillik içindədir. İslam dini, “Mədinə Bəyannaməsi” ilə müsəlmanlar və digər din mənsublarının birlikdə yaşamasının əsasını qoyan ilk dindir. İslam bütün inanc sahiblərinə ibadət azadlığı verib və onlara aid əmlakı toxunulmaz elan edib. Bu səbəbdəndir ki, müsəlman olmayanlar vətəndaşlıq hüququna sahib olaraq İslam ölkələrində əsrlərlə yaşamışdır.  

Yunanıstanın baş yepiskopu İerominosun sözlərini qəbul etmək mümkün deyil. “İslam Əməkdaşlıq Təşkilatı”ndan (İƏT), İslam dini və müqəddəslərini qorumaq üçün öz öhdəliyini yerinə yetirməyini və ifadələrini pisləyərək yunan yepiskopdan müsəlmanlardan üzr istəməyi tələb etməsini gözləyirik.”

Xatırladaq ki, xristian din xadimi “Open TV” kanalında Yunanıstanın istiqlaliyyət müharibəsi barədə verilişdə İslamın bir din olmadığını iddia etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MAKRONA ETİRAZ OLARAQ “TALƏAL BƏDRU” İLAHİSİ FRANSIZCA OXUNDU – VİDEO

Moldova əslli müğənni Leonida Timuş, Fransa prezidenti Emanuel Makronun İslam dini əleyhində siyasətinə qeyri-adi üsulla etirazını bildirib. Müğənni Hz.Muhammədin (ﷺ)...

Bağla