YUNANISTAN KİLSƏSİNDƏN AÇIQLAMA: “ƏSLİNDƏ İSLAM DİNİ…”

0

Yunanıstan yepiskopluğu, baş yepiskop İerominosun İslam dinini təhqir edən fikirlərini şərh etməyə çalışıb.

Açıqlamada, baş yepiskopun əslində bir qrup fanatic dindarı nəzərdə tutduğu iddida edilib.

“Yunanıstanın baş yepiskopu əslində İslam dininin, dünyaya terror və ölüm yayan bir qrup fanatic dindar tərəfindən gözdən salındığını deyib. Onlar baş yepiskopun dediyi kimi, İslamdan istifadə edən və özləri kimi fikirləşməyən, hətta möminlərə qarşı bu dini ölümcül silaha çevirənlərdir.   

Həm baş yepiskopun özü, həm də Yunanıstan kilsəsinin bütün metropolitanları məlum bütün dinlərə hörmət edir və bütün insanlara, bütün əməllərə və cəhdlərə, xüsusilə ictimai və xeyriyyə işləri sahəsində ayrı-seçkilik etməyən xristian sevgisi və həmrəyliyi ilə yanaşmaqdadır.”

Xatırladaq ki, Yunanıstanın baş yepiskopu İerominos bir müddət əvvəl “Open TV” kanalında Yunanıstanın istiqlaliyyət müharibəsi barədə verilişdə İslamın bir din olmadığını iddia etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “SADƏLƏŞDİRMƏ ADI ALTINDA TÜRKCƏMİZ TARİXİN ƏN BÖYÜK QƏTLİAMINA MƏRUZ QALIB”

“Milli kimliyimizin və yaddaşımızın daşıyıcısı olan türkcəmizə təəssüf ki, layiqincə diqqət yetirmirik. Dillərini qorumayan millətlər, kökləri quruyan ağaclar kimi küləklər...

Bağla