AVSTRİYADA QHT-LƏR VƏ DİNİ QRUPLAR MÜSƏLMANLARA DƏSTƏK VERDİ

0

Avstriyanın paytaxtı Vyanada düşüncə azadlığına dəstək aksiyası keçirilib.

Şəhərdəki “Müqəddəs Stefan” meydanında keçirilən aksiyada QHT nümayəndələri, dini qruplar və bəzi siyasətçilər iştirak ediblər.

Aksiya iştirakçıları “Fikir azadlığı təhlükədədir”, “Bu qanuna yox deyək!”, “Əsas hüquqlar qorunmalıdır!” kimi şüarlar açıblar.

Aksiyaçılar, parlamentin ədalət komitəsində müzakirə edilən “terrorla mübarizə” qanun layihəsinin düşüncə azadlığını məhdudlaşdırdığını və müsəlman fəalları hədəfə götürdüyünü bildiriblər.

Aksiyanın təşkilatçılarından yazıçı Vilhelm Lanqtaler hökumətin bu qanun layihəsi ilə müsəlmanları açıqca hədəfə götürdüyünü deyib.

“Bu qanun layihəsinin hədəfi müsəlman fəallardır. Fələstinlilərin və müsəlmanların hüquqlarını qoruyanları qorxutmaq istəyirlər. Bütün bunlara etiraz etmək üçün buradayıq.”

Həmin qanun qüvvəyə mindikdən sonra hər hansı bir məhkəmə prosesinə ehtiyac olmadan insanların “terrorla mübarizə” adı altında həbs edilə biləcəklərini deyən Lanqtaler, oxşar üsulu İsrailin illərdir fələstinlilərə tətbiq etdiyini vurğulayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇOXLU ZƏKA NƏZƏRİYYƏSİ: BACARIQSIZ UŞAQ YOXDUR

Elm adamları xüsusilə son 20 ildir ki, insan beyninin istifadə faizinin artırılması və öyrənmə səviyyəsinin yüksəldilməsi üçün çalışır. Bu tədqiqatların...

Bağla