İMAM QAZALADİDƏN NƏSİHƏT: ÖMRÜNÜZÜN QİYMƏTİNİ BİLİN – VİDEO

0

İmam Qazalinin bir nəsihəti var:

Hər mömin sübh namazını qıldıqdan sonra bu şeyləri yadına salsın, özünə təlqin etsin.

Mənim sərmayəm ömrümdür. Ömrüm qurtarsa artıq sərmayəm də olmayacaq qazanmaq ehtimalım da qalmayacaq. Bu başlayan gün yeni gündür. Allah-Taala bu gün də mənə izn verərək lütf etdi. Yəni həyat dəftərindən bir səhifə daha açdı. Ölə bilərdim, bu gecə səhərə çıxmaya bilərdim.

Əgər ölmüş olsaydım bir günlüyə də olsa dünyaya geri qayıdıb çoxlu saleh əməllər işləməyi təmənna edə bilərdim. Amma çox gec olardı

Fərz et ki, bu gün öldün. Dünyaya qayıtmağa da bir günlük izn verildi. Nə edərsən?

O halda heç bir günaha qətiyyən yaxınlaşma, günün heç bir anını boş yerə keçirmə. Çünki hər nəfəs misilsiz bir nemətdir. Ən böyük israf vaxt israfıdır.

Allah-Taala Münafiqun surəsində bildirir: “Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” – deməsin.” (63/10)

Deyilənə görə o gün salehlər də peşman olacaqlar ki, kaş daha çox sədəqə versəydik. Çünki qəbirdə və qiyamət günündə savab qazanmaq mümkün olmayacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
11 YAŞLI QIZ DİSDANT TƏHSİLLƏ QURANI 6 AYA ƏZBƏRLƏYƏRƏK HAFİZ OLDU

Türkiyənin Bayburt vlayətində “Danişment” qız Quran kursunun şagirdi olan 11 yaşlı Suzan Şevval Türker Qurani-Kərimi başdan sona qədər əzbərləyərək hafiz...

Bağla