Bu bir həqiqətdir ki, həyatda gec və ya tez əksər günahlarımızın qarşılığı axirət dünyasına qalmadan önümüzə çıxır. Görünən və ya görünməyən zaman içərisində hər kəs bir çox günahlarının elə bu dünyadaca hesabını ödəyir. Belə demək mümükündürsə hər bir insan əkdiyini biçir. Bunu bilən adam isə başqalarına pislik etmir və heç kimə qarşı kin bəsləmir. Yenə bu həqiqəti dərk edən adam qarşılaşdığı əksikliklərə təəccüblənmir və önünə çıxan maddi və mənəvi maneələrin öz günahlarından başqa bir şey olmadığını dərk edir.
Düşmənlərinizi düşünmək üçün ayıracağınız bir dəqiqə belə düşmənlərinizdən daha dəyərlidir. Nifrət və intiqam hissi sizə böyük zərərlər verir.
İdeal insan yaxşılıq etməkdən zövq alır. Özünə yaxşılıq edildiyi zaman isə utanır. Çünki yaxşılq etmək üstünlük, bir yaxşılığa möhtac vəziyyətə düşmək isə zəiflik işarəsidir.
İnsan hər zaman etdiyi yaxşılıqlara qarşı etinasızlıqla qarşılaşa bilər. Ona görə də qarşılıq gözləmədən yaxşılıq edilməlidir.
Xoşbəxtlik təşəkkür və minnətdarlıq gözləməkdə deyil, təşəkkür və minnətdarlığa görə özünü narahat hiss edəcək keyfiyyətə sahib olmaqdır.
Ətrafımızdakı insanları xoşbəxt etmək üçün əsas prinsiplər isə bunlardır:
- Dinləmək: İnsanları həqiqətən dinləyin. Kəsmədən, xəyal qurmadan və vercəyiniz cavabı düşünmədən can qulağınızla dinləyin. Onlar bu zaman özlərini dəyərli hiss edəcək və xoşbəxt olacaqlar.
- Sevgi: Sizin üçün dəyərli insanlardan sevginizi əsirgəməyin və onlara bunu hiss etdirin. Sevildiyini hiss edən insan özünü daha çox xoşbəxt hiss edir.
- Təbəssüm: Təbəssüm başqalarına veriləcək ən gözəl və ən dəyərli bir mükafatdır. Bu sadə mükafatla siz bir çox yaralı ürəkləri sevindirə bilərsiz.
- Yazılı bir qeyd: “Köməyinizə görə təşəkkür edirəm” kimi yazılı qeydlər qarşınızdak insanı diqqət mərkəzində saxladığınızı göstərir. O, gördüyü işin nə qədər dəyərli olduğunu hiss edəcək və dəyərli görülmə hissi onu xoşbəxt edəcəkdir.
- İltifat: Sadə, ancaq səmimi bir şəkildə söylənən söz (“Bu rəng sənə çox yaraşıb!”, “Əllərin dərd görməsin yeməklər çox dadlıdır” kimi) qarşınızdakı insana əlavə bir ruh yüksəkliyi verir.
- Yaxşılıq: Bu maddəni gündəlik həyatınızın bir parçasına çevirin. Gün ərzində ən azı bir nəfərə istənilən bir mövzuda yaxşılıq etməyə çalışın. Bu həm onun, həm də sizin xoşbəxtliyiniz üçün vacibdir.
Dr. Eldar Kərimov