ABŞ-DA İLK DƏFƏ MÜSƏLMAN QADIN BAŞ PROKUROR TƏYİN EDİLDİ

0

Amerika Birləşmiş Ştatlarında ilk dəfə federal baş prokuror vəzifəsinə təyin edildi.

İslamveirfan.com xəbər verir ki, Pakistan əslli Saimə Mohsin Miçiqan əyalətinin Şərq bölgəsinə baş prokuror təyin edilərək ölkədə bu vəzifəyə təyin edilən ilk müsəlman qadın oldu.

Bu təyinata görə böyük fəxarət hissi keçirdiyini deyən Mohsin, qanunlara sadiq qalacağını, hər kəs üçün ədalət missiyasını həyata keçirəcəyini vurğulayıb.

Feavralın 1-də vəzifəsinin icrasına başlayacaq olan 52 yaşlı Mohsin, 2002-ci ildən bəri Nyu-York və Nyu-Cersinin baş prokuror köməkçiliyi də daxil olmaqla ədliyyə sistemində işləyir. 2018-ci ildən bəri Miçiqan federal prokurorluğunda baş müavin olaraq işləyirdi.  

 

“Anadolu” agentliyi

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİLƏR TƏRƏFİNDƏN TALAN EDİLƏN ZƏNGİN TARİXƏ MALİK ZƏNGİLAN – VİDEO

Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz...

Bağla