DƏSTƏMAZ ALMAĞIN FƏZİLƏTİ

0

Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin (bütün bədəninizi yuyaraq qüsl edin).

Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.

(Namaz ibadəti bir növ Allahın hüzuruna çıxmaq sayıldığı üçün bir müsəlman bu məqama, maddi və mənəvi kirlərdən təmizlənmiş bir halda çıxmalıdır. Bunun üçün də ilk növbədə qüsl və dəstəmazlı olmalıdır. Yuxarıdakı ayədə dəstəmaz, qüsl və su tapılmadığı hallarda bu ikisinin əvəzinə alınan təyəmmüm izah edilmişdir. Bu ayədə “ayaqlarınızı topuqlarla birlikdə yuyun” kimi tərcümə olunan hissədəki “ərculəkum” sözü bəzi qiraət alimlərinə görə “ərculikum” olaraq oxunmuşdur. Buna görə də bəzi alimlər bu qiraəti əsas alaraq “ərculikum” ifadəsinə “ayaqlarınıza topuqlara qədər məsh çəkin” kimi məna vermişlər. Bu səbəbdən bəzi məzhəblərə görə dəstəmaz alarkən ayaqlara su ilə məsh çəkmək kifayətdir.) (Maidə,6)

Peyğambər (s.ə.s) belə buyurur:

Şüphəsiz mənim ümmətim qiyamət günü dəstəmaz izlərindən üzləri, əlləri və ayaqları (nur kimi) parlayaraq (məhşər meydanına) dəvət ediləcəklər. Kimin üzünün parlaqlığını artırmağa gücə yetsə bunu etsin, yəni (çox dəstamaz alsın). (Buxari, Müslim)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA İLK DƏFƏ MÜSƏLMAN QADIN BAŞ PROKUROR TƏYİN EDİLDİ

Amerika Birləşmiş Ştatlarında ilk dəfə federal baş prokuror vəzifəsinə təyin edildi. İslamveirfan.com xəbər verir ki, Pakistan əslli Saimə Mohsin Miçiqan...

Bağla