“Şuşada məktəb tikmək layihəmiz təsdiq edilib. Şuşada məktəb tikil qurtaranda Azərbaycan hökumətinə təhvil veiləcək.”
İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Cənab prezidentimiz və Azərbaycan prezidenti Əliyevin izni və uyğun görməsi ilə Şuşa şəhərində 9 illik orta məktəb tikmək hədəfimizdir. Artıq məktəb tikmək layihəmiz təsdiq edilmişdir. Məktəb tikintisi başa çatan kimi Azərbaycan hökumətinə təhvil veriləcək.” – deyə D. Baxçalı partiyasının qrup iclasındakı çıxışında bildirib.