CEYHUN BAYRAMOV VƏ MÖVLUD ÇAVUŞOĞLU TÜRKİYƏ GƏMİSİNƏ HÜCUMU MÜZAKİRƏ EDİBLƏR

0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MTŞ İCLASINDA TÜRKİYƏ HƏRBÇİLƏRİNİN AZƏRBAYCANDA FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLƏCƏK

Yanvarın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının bu il ilk iclası keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq...

Bağla