ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən dayandırılan Fələstinə maliyyə yardımı, yeni prezident Co Bayden tərəfindən bərpa ediləcək.
Bu barədə ABŞ-ın BMT daimi nümayəndəsi Riçard Mills, BMT Təhlükəsizlik Komitəsinin iclasındakı çıxışında məlumat verib.
Mills çıxışında, Co Baydenin Fələstinə göstərilən maliyyə yardımını bərpa edəcəyini və iki ölkə arasında problemin həllinə cəhd edəcəyini deyib.
Xatırladaq ki, 2018-ci ildə “sülh planı” çərçivəsində ABŞ-ın İsrail səfirliyi Qüds şəhərinə köçürülmüş, fələstinlilərin kəskin etirazı ilə qarşılanan bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranmışdı. Bundan sonra Tramp administrasiyası ABŞ-ın Qəzza zolağına və İordan çayının qərb sahilinə göstərdiyi 200 milyon dollarlıq yardımı dayandırmağa çalışmışdı.