QARABAĞDAKI RUSİYA-TÜRKİYƏ BİRGƏ MONİTORİNQ MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIR

0

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycana getməyə hazırlaşırlar.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər. Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”, – nazirlikdən bildirilib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAYDEN ABŞ-IN FƏLƏSTİNƏ GÖSTƏRDİYİ MALİYYƏ YARDIMINI BƏRPA EDƏCƏK

ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən dayandırılan Fələstinə maliyyə yardımı, yeni prezident Co Bayden tərəfindən bərpa ediləcək. Bu barədə ABŞ-ın...

Bağla