Allah-təalə Qurani-kərimdə belə buyurur:
“Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın!” (Əhzab, 33)
Allah-Təalə və saylarının nə qədər olduğunu ondan başqa heç kəsin bilmədiyi mələkləri, Peyğəmbərə davamlı olaraq salavat gətirirlər. O zaman biz də həyatımızın hər anında daim Rəsulallah (s.ə.s) əfəndimizi xatırlamalı, tam mənasıyla ona təslim olub çoxlu salavat gətirməliyik.
Peyğambər (s.ə.s) belə buyurur:
“Hər kim mənə salam versə, salamını almaq üçün Allah mənə ruhumu geri qaytarar” (Əbu Davud, Mənasiq, 96).
“Bir kimsə məzarımın başında mənə salavat gətirərsə, mən onu eşidərəm. Əgər kimsə uzaqdan da salavat gətirsə, o da mənə çatdırılar.” (Beyhaki, Şuab, II, 215)
Xüsusilə, cümə günü salavat gətirmək çox fəzilətli ibadətdir.
Rəsullah (s.ə.s) belə buyurur:
“Cümə günü mənə çox salavat gətirin! Zira cümə günü mələklərin hazır və şahid olduğu gündür. O gün hər kim mənə salvat gətirərsə, o salavat mütləq mənə bildirilər. Bu hal salavat gətirməyi bitirənə qədər davam edər.” (İbn Macə, Cenaiz, 65)