MÜQƏDDƏS KƏBƏNİN ŞƏKLİNƏ HÖRMƏTSİZLİK EDƏN TƏXRİBATÇILAR HƏBS EDİLDİ

0

Türkiyə “Boğaziçi” universitetində, müsəlmanların qibləsi olan Kəbənin şəklini təhrif edərək ayaq altına sərən təxribatçılar həbs edilib.

İslamveirfan xəbər verir ki, ötən cümə günü baş vermiş hadisədən sonra 4 şübhəli salanılıb, onlardan ikisi barədə həbs qətimkan tədbiri seçilib.

İstanbul şəhəri Respublika Baş prokurorluğu bildirib ki, şübhəlilərdən ikisi barədə, “xalqın bir hissəsinin mənimsədiyi müqəddəs dəyərləri təhqir etmək” iddiası ilə cinayət işi başladılıb. Azadlığa buraxılan digər 2 nəfər isə karantin qaydalarını pozduqlarına görə cavab verəcəklər.

Açıqlamada həmçinin, şübhəlilərin üzv olduğu “LGBTİ+” adlı klubda məhkəmə qərarı ilə axtarış keçirildiyi, burada separatçı PKK terror qruplaşmasına aid sənədlər aşkarlandığı, bu barədə ayrıca istintaq başladıldığı qeyd edilib.   

Qeyd edək ki, lgbt klubunun üzvü olan bir qrup tələbə ötən həftə sərgi açmaq adıyla Müqəddəs Kəbənin qəsdən təhrif edilmiş şəklini “Boğaziçi” universitetinin həyətində yerə sərmişdi.

Hakim Əalət və İnkişaf Partiyasının (AKP) məruzəçisi Ömer Çelik, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Abdulhamid Gül, AKP-nin sədr müavini Numan Kurtulmuş, dini komitə “Diyanet”in sədri Əli Erbaş, habelə bir çox siyasətçi və QHT hadisəyə sərt reaksiya verib.

İstanbul Baş Prokurorluğu, faktla bağlı daha iki nəfərin axtarışda olduğunu bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT ALLAHŞÜKÜR PAŞAZADƏNİ BEYNƏLXALQ TƏDBİRƏ DƏVƏT EDİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəliyindən dəvət məktubu daxil olub. QMİ-nin...

Bağla