Türkiyə Ülkücülərinin Şuşa şəhərində tikdirəcəyi orta məktəbin layihəsi hazırdır.
Layihəni hazırlayan memar Yusuf Günaydın bildirib ki, məktəbin əsas motivi, dünyada sadəcə Şuşa şəhərində yetişən və “Azadlığın rəmzi” sayılan Xarı bülbül çiçəyi olacaq.
Məktəbin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adına olması planlaşdırılır.
Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini professor Mövlüd Karakayanın, Ülkü ocaqlarının sədri Əhməd Yiğit Yıldırımın və memar Yusuf Ziya Günaydının məktəb tikintisi üçün Şuşaya səfər etdikləri bildirilir.
Memar Günaydın, layihənin həm keçmişi xatırladan klassik, həm də gələcəyə işarə edən müasir üslubda hazırlandığını, bunun MHP sədri Dövlət Baxçalının arzusu olduğunu deyib.