İlk insan yaradıldıqdan sonra cənnətə qoyulması haqqında Qurani-kərimdə belə bəhs edilir:
“Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. (Bəqərə, 35)
Bu, Allahın insan üçün qoyduğu ilk qadağa idi. Eyni zamanda, sərbəst qərar verəbilmə bacarıqlarını hansı istiqamətdə istifadə edəcəkləri üçün bir sınaq olacaqdı.
“Buna görə də Biz dedik: Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən. Şübhəsiz ki, sən burada nə aclıq çəkir, nə də çılpaq qalırsan. Sən burada nə susuzluq hiss edir, nə də istilikdən əziyyət çəkirsən”. (Ta-ha, 117-119)
Beləliklə, şeytan bir yolunu taparaq Adəm və Həvvaya vəsvəsə vermiş və onları razı salaraq qadağan olunmuş şeyi etdirdi.
Allah-təala belə buyurur:
“Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi: Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız. Həmçinin (şeytan) onlara and verərək: “Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi”. (Əraf, 20-21) Beləcə, şeytan əgər qadağan olunmuş ağacın meyvəsindən yeyərlərsə mələyə çevriləcəklərini və davamlı olaraq cənnətdə qala bilmələrinin ancaq bu şəkildə mümkün ola biləcəyini pıçıldamışdı. Şeytanın yalan sözləri Adəmlə Həvvaya təsir etdi və onlar qadağan olunmuş meyvədən yedilər.
“Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” – deyə səsləndi”. (Əraf, 22)
Qadağan edilmiş ağacın buğda, üzüm və ya incil olduğu mövzusunda bəzi rəvayətlər olsa da, bu ayə və hədislərdə aydın şəkildə açıqlanmayıb. Bunu bilmək lazımlı olmadığı üçün Allah bizə açıqlamayıb.
Prof. Dr. Hamdi Döndüren, Delilleriyle Aile İlmihali