BUNLARIN TƏMİZLİYİNƏ DİQQƏT EDİN

0

Bu dünya bir imtahan dünyasıdır. Hər cür sıxıntı, məşəqqət və dərd insanın başına gələ bilər. Əslində Rəbbimiz Bələd sürəsi 4-cü ayədə belə buyurur: Biz insanı məşəqqət içində yaratdıq! Yəni insan doğulduğu gündən ölümə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir, həyatın qanunudur. Depressiya günümüzdə görünən ən yayğın bir məşəqqət növüdür. Depressiyanın səbəbləri çoxdur və hər birisini sadalamaq istəmirəm. Ancaq ən böyük iki səbəbi var; İnamsızlıq və İmansızlıq. Depressiyanın bu iki səbəbini başqa məqalədə ayrı olaraq ələ alacağıq. İndi isə depressiyadan qurtulmağın bir neçe çarəsinə nəzər salaq. Bu çarələr qısa, orta və uzun müddətli həll yolları sayıla bilər.
1. Qısa müddətdə depressiyadan əziyyət çəkənlərə eləcə də özümüzə “həll mərkəzli yanaşma” metodu təsirli ola bilər. Belə ki, əziyyət çəkən həmsöhbətimizin özünü (yaxud özümüzün) həyatda, hansı hadisələrdə, hansı hallarda rahat, nə vaxt, harda xöşbəxt, sevincli hissetdiyi məqamlar söhbət əsnasında suallar soruşularaq tapılır. Ancaq və ancaq bu cür xoş məqamlar üzərinindən söhbət açılır. Əsla mənfi bir fikir, hadisə yaxud xatirə danışılmamalıdır. Bir müddət söhbət bu məramla davam edə bilər. Əsas məsələ həmsöhbəti xoş düşüncələrə “boğmaqdır”. Depressiyada olan şəxsin zehnində olan mənfi düşüncələrin sayı və təsiri getdikcə azalmağa üz tutacaq və beləliklə əhvalı az da olsa dəyişməyə başlayacaqdır. Bir daha təkrar edirəm əsla mənfi bir fikir nə xatırlanmalı, nə də müzakirə olunmalıdır.
2. Orta müddət ərzində əziyyət çəkənlər üçün “raşman düşüncə kontrolu” pəncərəsi istifadə edilə bilər. Düşüncələrin filtirlənməsi və təmizlənməsi metodu. Belə ki, gün ərzində zehnimizə gələn altı mindən çox fərqli düşüncələrin faydalı-zərərli, az xeyirli, çox xeyirli kimi bir neçə kateqoriyaya bölərək düşüncə filtirindən keçirmək lazımdır.
3. Təsir gücü ömürlük olan uzun müddətli metod təbii ki, “inam və iman” metodu sayılır. Bu son metod qazanılması həftələr bəlkə də aylar istəyən məsələdir. Allaha imanda səviyyə qazanmağa, özünə inama və həmçinin başqalarına qarşı güvənc içində olmağa bağlıdır.
Özümüzü və başqalarını depressiyadan qorumaq üçün qısacası; “üç təmiz qab” çox əhəmiyyət kəsb edir. Yəni yemək qabı-mədə, duyğu qabı-qəlb və düşüncə qabı-beyin hər zaman təmiz saxlanmalıdır. Digər sözlə;
A) Mədə haram yeməkdən və haram qazanclardan qorunmalıdır.
B) Qəlb mənfi duyğulardan uzaqlaşmalıdır.
C) Beyin/Zehin pis düşüncələrdən təmizlənməlidir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİ NARKOTİK SATANLARIN VƏ QOHUMLARININ MƏCLİSLƏRİNƏ GETMƏYƏCƏK

Məscid imamlarının iştirakı ilə keçirilən yığıncaqdada İnquşetiya Alimlər Şurası narkotik ticarəti etməkdə günahlandırılan şəxslərin dini icmalardan xaric edilməsinə qərar verib....

Bağla