Türkiyənin Gaziantep vilayətində anadangəlmə iki gözü də görməyən 10 yaşlı Esmanur Esen disdant təhsillə Quran oxumağı öyrənib.
Quran oxumaq üçün gözəehtiyac olmadığını deyən Esmanur, hədəfinin hafizlik olduğunu deyib:
“Əvvəla peyğəmbərimizin (ﷺ) bir hədisi ilə başlamaq istəyirəm. Peyğəmbərimiz Muhamməd Mustafa (ﷺ) buyurur ki, “Sizin ən xeyirliniz Qurani-Kərimi öyrənəniniz və öyrədəninizdir.”. Mən də bu hədisi eşitdikdən sonra anamdan xahiş etdim ki, məni də Quran kursuna yazdırsın.
Mənə Quranı öyrədən anama, atama və hocama təşəkkür edirəm. Qurani-Kərimi oxumaq üçün bir cüt gözə ehtiyac yoxdur, sağlam bir ürək lazımdır. Mən Quran oxumağı öyrəndim, indi də əzbərləyib hafiz olmaq istəyirəm.” – deyə Esmanur Esen bildirib.