MÜSƏLMAN ALİMLƏR: ƏFQANISTANDA MÜHARİBƏ DAYANDIRILSIN

0

“Ümumdünya Müsəlman Alimlər Şurası” (IUMS) Əfqanıstanda davam edən müharibənin dayandırılması üçün bəyanat yayıb.

Yaydığı bəyanatla akademiklərə və intelektuallara müraciət edən şura, ölkədə qan axıdılmasını pisləyib və əfqan xalqının təhlükəsizliyi naminə hər kəsi əməkdaşlığa dəvət edib.

“IUMS olaraq Əfqanıstanda alimlərin və ziyalıların sistemli şəkildə hədəfə götürülərək öldürülməsini şiddətlə pisləyirik. Axan qanın dayandırılması, əfqan xalqı üçün təhlükəsizliyin və stabilliyin təmin edilməsi üçün bütün din xadimlərini və ziyalıları bu istiqamətdə səy göstərməyə çağırırıq.”

Günahsız mülki insanların öldürülməsinin İslam qanunları, ənənələr və beynəlxalq konvensiyalara zid olduğunu vurğulayan IUMS, din xadimləri, ziyalılar, fikir insanları və müxaliflərə qarşı törədilən zorakılıq, sui-qəsd və terror hallarını pisləyib.  

IUMS təcili olaraq tərəfləri atəşkəsə dəvət edib və bunun dini öhdəlik olduğunu bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AĞDAMDA PARTLAYIŞ BAŞ VERİB, 1 HƏRBÇİMİZ ŞƏHİD OLUB, 2-Sİ YARALANIB

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad...

Bağla