TÜRKİYƏDƏ SATIŞ AKSİYASINDAN ƏLDƏ EDİLƏN VƏSAİT “YAŞAT”A İANƏ EDİLDİ

0

Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilib.

Bu barədə Prezident yanında Vətəndaşlar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Kampaniya Türkiyənin Yəditəpə Universitetinin İncəsənət fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin İncəsənət fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

Aksiyadan əldə edilən 90 min tük lirəsi tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə verilməsi məqsədilə “YAŞAT” Fonduna ianə edilib.

Yardımlaşma kampaniyası haqqında məlumat verən Teymur Rzayev deyib: “Bu aksiyanın keçirməmizdə əsas məqsəd nə qədər əsərin satılacağı və ya əldə edilən gəlir deyil. Məqsədimiz iki qardaş ölkə rəssamlarının Azərbaycanın haqlı davasında yanında olduğunu və həmrəyliyini nümayiş etdirməkdir. Azərbaycanın nə qədər güclü bir dövlət olduğu və hər bir vətəndaşının qayğısına qaldığı bütün dünyaya bəllidir. Buna baxmayaraq hər kəs vətəni, torpağı üçün əlindən gələni etməyə borcludur. Bu, maddi və ya mənəvi dəstək ola bilər. Əsas olan həmrəyliyimiz, birliyimizdir. Bizim təşkil etdiyimiz bu kampaniyada Azərbaycanla yanaşı, Türkiyənin də korifey fırça ustalarının iştirak etməsi qürurvericidir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə rəssamlarının bu həmrəyliyi bütün incəsənət aləmi üçün nümunədir”.

Yardımlaşma kampaniyasına rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika üzrə 86 mütəxəssisin ümumilikdə 140 əsəri təqdim edilib.

Aksiyada Azərbaycanın və Türkiyənin rəsm sənətinin dünyaca məşhur adları Özdemir Altan, Devrim Erbil, Yalçın Gökçebağ, Aydın Ayan, Yalçın Karayağız, Mahir Güven, Rəsul Aytemür, Gürbüz Doğan Ekşioğlu, Gülveli Kaya,Zahit Büyükişleyen, Teymur Rzayev, Rəhim Məmmədov, Faiq Ağayev, Rasim Nazirov, Ziyad Sultanov, Məzahir Afşar, Səid Rüstem, Lətafət Məmmədova, İlham Ənvəroğlu, Şahin Məmmədov, Assim Rəsuloğlu və digərləri iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İKİ VAXT NAMAZI CAMAATLA QILMAĞIN FƏZİLƏTİ NƏDİR?

Hz. Osman (r.a) bir gün işa namazını qılmaq üçün məscidə gəldi. Namaz vaxtının girməsinə az vaxt qaldığı və camaatın da...

Bağla