ALMANİYADA MÜSƏLMANLARA QARŞI CİNAYƏTLƏR ARTIR

0

Almaniyada müsəlmanlara nifrət zəminində cinayətlərin sayı ötən ilin müqayisədə 2 faiz artıb.

Bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniyanın Daxili İşlər Nazirliyinə istinadən yazıb.

Qeyd edilir ki, 2020-ci ildə müsəlmanlara və islam abidələrinə azı 901 hücum edilib. Hadisələrdən 7-i məscidlər ərazisində provokasiyalardan ibarət olub.

Hücumların çox hissəsi ultrasağ qruplaşmaların üzvləri tərəfindən təşkil olunub. Nəticədə 48 insan xəsarət alıb.

Almaniyada 2019-cu ildə müsəlmanlara, islam icmalarına və müsəlman şirkətlərinə 884 hücum təşkil edilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
2021-Cİ İL MÜQƏDDƏS ÜÇ AYLAR NƏ VAXT BAŞLAYIR?

İçində rəcəb, şaban və ramazan aylarının olduğu “üç aylar” fevral ayının 13-də, bu həftə şənbə günü başlayır. İslamveirfan.com xəbər verir...

Bağla