Ən ali varlıq olaraq insanın yaradılışı çox mürəkkəbdir. İnsanın yaradılışındakı 4 qatı bəzi məcazlarla təsvir etmək istəyirəm. Hər birisində özünəməxsus maddi və mənəvi orqanlarımız mövcüddur.
- Birinci qat tamamən maddidir; Ürək, Beyin və Bədən
- İkinci qat qismən maddi qəsmən mənəvidir; Beş duyğu, Zəka və Sinir Sistemi.
- Üçüncü qat qismən maddi qəsmən də mənəvidir; Qəlb, Ağıl və Sezmə (intuisiya)
- Dördüncü qat xalis mənəviyyatdır; Ruh
Hər bir qatın qidaları, ehtiyacları və xüsusiyyətləri bir birindən fərqlidir. İnsanın birinci qatını əmələ gətirən beyin, ürək və bədənin digər hissələri bir evin fiziki görünüşünü ifadə edən daşları, dəmiri, betonu, kapı, pəncərə yaxud taxtaları kimidir. İnsanın ikinci qatı evin su təchizat sisteminə, elektrik sisteminə və ya havalandırma sisteminə bənzəyir. İnsanın üçüncü qatını evdəki əşyalara yəni divan, masa, pərdə, xalı, televizor yaxud dolaba bənzədə bilərik. İnsanın dördüncü katı isə o evdə yaşayan insan olaraq təsəvvür edilə bilər.
Bütün bu insan qatlarını yaxşı bilməyimiz və buna görə həyatımızı yaşamağımız lazımdır. Hər bir qatın öz vəsifləri, funksiyaları, ehtiyacları, qidaları, təmiri və inkişafı var. Hər bir qat və o qatdakı orqanlar bir biriylə çox əlaqəlidir. Birisində əmələ gələn problem o birisinə də təsir edir. Məsələn beyində problem yarananda bu məsələdən təkcə birinci mərtəbə “sakinləri” yox bütün “ev əhli” əziyyət çəkir.
Birinci qat sakinlərinin – ürək, beyin və bədənin digər hissələrinin – vəsifləri, qidası və ehtiyacları; yemək, su, hava, istirahət…. . İkinci qat sakinlərininki; bilik, məlumat, səslər, mənzərələr, qoxular, dadlar, zövqlər…. . Üçüncü qat sakinlərininki; elm, irfan, təqva… . Dördüncü qat sakinlərininki; hikmət, bəsirət, təfəkkür… kimi şeylərdir.
Birinci qat əməl, iş, oyun, əyləncə… ikinci qat əzmkarlıq, qətiyyət, işgüzarlıq…. üçüncü qat niyyət, yönəlmə, meyil…. dürdüncü qat təfəkkür, ibrət alma, tədəbbürlə məşğuldur.
Kamil insan bütün mərtəbələri kontrol edə bilən və “can evini” yağı düşmənlərdən qoruya biləndir. Şeytan hər fürsətdə öz qoşunları ilə əlbir olub “can evini” ələ keçirmək istəyir. Ruh da öz nöbəsində bütün “ev sakinlərini” öz liderliyi altında daha doğrusu hikmət, bəsirət və mərhəmətlə idarə edərək “can evində” Allahın nurunun artmasına çalışmalıdır. Bu işdə ən önəmli köməkçiləri sayılan ağıl, qəlb və sezmə qabiliyyətlərini istifadə edərək beş duyğu orqanını, zəkasını, sinir sistemini, sonra da ürək, beyin və bədənin digər orqanlarını qorumalıdır.
Rəşad Manafov