HƏRBÇİLƏRİMİZ TÜRKİYƏ İLƏ TƏLİMLƏRDƏ PRAKTİK FƏALIYYƏTLƏRI İCRA EDİRLƏR

0

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin sabah keçiriləcək mərhələsi jurnalistlər üçün açıq olacaq. Təlimləri izləyəcək KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa aparılıb.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.

Təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Azərbaycanın hava desantı qrupları paraşütlərlə təyin olunan təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlar maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLA ERMƏNİSTAN HƏRBİ ƏSİRLƏRİ DƏYİŞDİRİB

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub. Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib. O, qeyd...

Bağla