MAKRONUN “FRANSA İSLAMI” LAYİHƏSİNƏ ETİRAZLAR DAVAM EDİR

0

Farnsada president Emanuel Makronun “Fransa İslamı Prinsipləri Nizamnasi” layihəsinə etirazlar davam edir.

Növbəti rtirazı Savoye bölgəsinin İslam şurası bildirib. Şura tərəfindən yayılan bəyanatda bu layihənin 1905-ci il dünyəvilik qanununa zid olduğu qeyd edilib.

“Heç bir müsəlman qruplaşma ilə məsləhət edilmədən “mənasız bir həvəslə” hazırlanan bu layihənin hədəfində yenə müsəlmanlar var. bu absurd vəziyyəti qəbul etmək mümkün deyildir. Əsas hüquq və azadlıqları məhdudlaşdıran bu layihə 1905-ci ildə qəbul edilmiş dünyəvilik qanunu ilə təzad təşkil edir.”

Bəyanatda, bütün tərəflərin təmsil ediləcəyi uyğun şəraitdə bir nizamnamə hazırlanmasının labüd olduğu vurğulanıb.

Xatırladaq ki, Fransa prezidenti Emanuel Makron ötən il oktyabrın 2-də açıqladığı “Respublika dəyərlərinə hörməti gücləndirən prinsiplər” qanun layihəsində CFCM-nin tərkibində “Milli İmamlar Şurası” təsis edilməsini və ölkədəki müsəlman nümayəndələrinin öz aralarında “ortaq islam anlayışı” üzərində birləşmələrini tələb etmişdi.

Makron yanvarın 18-də ölkədəki bir çox müsəlman nümayəndə ilə görüşmüş, hazırlanan nizamnaməni imzalamalarını istəmişdi. Bəzi nümayəndələr nizamnaməni imzalasalar da, əksər din xadimləri “İslam əqidəsinə zid” olduğunu bildirərək bu nizamnaməni imzalamayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏRBÇİLƏRİMİZ TÜRKİYƏ İLƏ TƏLİMLƏRDƏ PRAKTİK FƏALIYYƏTLƏRI İCRA EDİRLƏR

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir....

Bağla