Hz. Peyğambər (s.ə.s) belə buyurur:
“Ey insanlar! Allah təmizdir və təmiz olanları qəbul edər”. (Müslim, Zəkat, 65)
“Yeddi gündə bir saçları və bədəni yumaq Allahın bütün müsəlmanlar üzərindəki haqqıdır”. (Müslim, Cuma, 9; Buxari, Cuma, 12)
“Saç saxlayan kimsə ona yaxşı qulluq etməlidir”. (Əbu Davud, Tereccül, 3)
“Beş şey var ki, bunlar insanın yaradılışının gərəyidir: Sünnət olmaq, övrət yerini təmizləmək, qoltuq altındakı tükləri təmizləmək, bığı qısaltmaq, dırnaqları kəsmək”. (Müslim, Təharət, 49)
“Qiyamət günü bir kimsə, ömrünü necə və harada keçirdiyindən, elmi ilə nələr etdiyindən, malını harada qazanıb haraya xərclədiyindən və özünü nə uğrunda yorduğu soruşulmadıqca heç yerə getməyəcəkdir”. (Tirmizi, Sıfatül-qiyamə, 1)