AZƏRBAYCANDAN BU İL DƏ HƏCC ZİYARƏTİ BAŞ TUTMAYA BİLƏR

0

Azərbaycandan bu il də Həcc ziyarəti olmaya bilər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. Qeyd edilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir rəsmi məktub gəlməyib:

“Eyni zamanda builki Həcc müqaviləsi də imzalanmayıb. Çoxsaylı müraciətlərə baxmayaraq, bu səbəbdən sənəd qəbulu başlamayıb. Bütün bunlar Həcc ziyarətinin bu il də baş tutmayacağına ehtimal yaradır. Ümumilikdə Səudiyyə Ərəbistanı daxilində ziyarət ola bilər. Amma Azərbaycandan Həcc ziyarətinə səfərin olmayacağı ehtimal edilir”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar 2020-ci ildə də Azərbaycandan Həcc ziyarəti baş tutmayıb.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QIŞ TƏLİMİ-2021” HƏRBİ TƏLİMLƏRDƏN YENİ GÖRÜNTÜLƏR YAYIMLANIB – VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi  Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərdən yeni görüntülər yayımlayıb. Təlimlərin növbəti mərhələsində tanklar və toplar...

Bağla