TÜRKİYƏNİN 2023-CÜ İLƏ HƏDƏFLƏDİYİ KOSMİK LAYİHƏNİN ADI “BURAK”DIR

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin 2023-cü il vizionunu açıqlayarkən həmin il kosmosa raket göndərəcəklərini deyib.

“Aya enmə respublikanın 100 illiyində həyata keçirilməlidir, hansı ki, 2023-cü ilin sonunda qeyd ediləcək. İnanıram ki, Türkiyə mühəndisləri missiyanı yerinə yetirəcəklər”, – dövlət başçısı deyib.

Bundan əlavə, prezident bildirib ki, Ankarada ölkənin kosmosa giriş əldə etməsi üçün beynəlxalq kosmodrom yaratmaq niyyətindədir.

“Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə mətbuatı, aya kosmik raket göndərmə layihəsinin adının “Burak” olduğunu bildirir.

İslam peyğəmbəri Hz. Muhamməd (ﷺ) Miraca yüksəldiyi zaman Məscidi-Haramdan Məscidi-Əqsaya “Burak” adlı minik vasitəsi ilə getdiyi üçün bu adın mənəvi dəyəri böyükdür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAMAZ VAXTLARI

Bağla