Fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə müsəlmanların ilk qibləsi olan Məscidi Əqsaya hücum edib.
Bu barədə “Qüds İslami Vəqflər İdarəsi” məlumat yayıb. Məlumatda bildirilir ki, 166 fanatik yəhudi Məscidi Əqsanın cənub-qərbəki əl-Məğaribə qapısından hərəm bölgəsinə hücum edib.
Hücum edənlərdən 45-nin dini məktəbin tələbəsi, 63-nün mülki polis olduğunun bildirildiyi məlumatda polis müşayiəti ilə hücumların intensivləşdiyi, belə hücumların gərginliyin artmasına səbəb olduğu qeyd edilib.
“Anadolu” agentliyi