13 Fevral 2021 (1 Rəcəb 1442) ci il şənbə günü üç ayların girişi hesab olunur.
Üç aylar qəməri təqvimə görə Rəcəb, Şaban və Ramazan aylarıdır. Bu üç ay Allahın rəhmət və bərəkətinin bol olduğu aylardır. Bu aylarda möminlərin qəlbləri mənəvi ab-havayla dolub-daşar.
Üç aylar girdikdə Peyğəmbərimiz (s.ə.s.) belə dua edərdi:
“Allahım rəcəb və şabanı bizə mübarək qıl, bizi Ramazana qovuşdur” (Əhməd bin Hənbəl, Müsnəd, 1 / 259).
Hz. Peyğəmbər başqa bir hədisi-şərifində belə buyurur:
“Rəcəb Allahın, Şaban mənim, Ramazan ümmətimin ayıdır” (Suyuti, Camius-Sağir 4411).
Bir də bu aylarda xüsusi günlər vardır:
- Rəqaib Qəndili
- Merac Qəndili
- Bəraət Qəndili
- Qədir gecəsi