HOLLANDİYADA MÜSƏLMANLAR EVSİZLƏRİN QARNINI DOYDURUR

0

Humanitar yardım təşkilatı “Hasene”, Milli Görüş təşkilatlarına bağlı Hollandiya İslam Şurasının dəstəyi ilə ölkədəki evsizlərə və ehtiyacı olanlara 6 gün boyu şorba ikram edəcək.  

Hasene dərnəyinin cənubi Hollandiya nümayəndəsi Mustafa Doğan, dünyada bir çox böyük şəhərdə olduğu kimi Roterdam da müxtəlif səbəblərlə küçələrdə yaşamağa məcbur qalan insanlar olduğunu deyib.

“Hasene, Afrikadan Asiyaya qədər dünyanın dörd bir tərəfində ehtiyac sahiblərinə əl tutan bir dərnəkdir. Yaşadığımız ölkədə də ehtiyac sahibi insanlar var.  Xaricdən gələrək burada yeri-yurdu, rəsmi sənədləri olmayan evsiz, gündəlik yeməyini təmin edə bilməyən insanlar var. Hollandiya cəmiyyətinə də faydalı ola bilmək üçün müsəlmanlar və Hasene dərnəyi olaraq onları unutmadığımızı göstərib isti şorba ilə domalarına yardım edirik.”

Keçirilən aksiyanın maraqla qarşılandığını və müsbət reaksiya verildiyini deyən Doğan, cümə, şənbə və bazar günləri Roterdamda, növbəti həftə 3 gün isə Eyndhoven şəhərində şorba paylamağa davam edəcəklərini deyib.   

 

“Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARƏK “ÜÇ AYLAR” BAŞLAYIR

Üç aylar Hicri-Qəməri aylardan Rəcəb, Şaban və Ramazan aylarıdır. İslam peyğəmbəri Hz. Muhamməd (əs) üç aylar haqqında belə buyurur: “Rəcəb...

Bağla