ÖZÜNÜ UNUTMA, BAŞQALARINI DÜŞÜN!

0

İnsanın bir qarın yeməkdir yeyə bildiyi…
Bir neçə metr parçadır geyə bildiyi…
Və Bir neçə sözdür deyə bildiyi….

Bəli, əslində həyat bir neçələr qədər sadədir. Amma insanların həyatı o qədər də sadə deyil. Çünki bir qarın yeməklə doysa da  qarınlar, bir qarın yeməklə doymaz insanların gözləri..

Daima başqalarının sahib olduqlarına da sahib olmaq istər insanlar. Çoxun çox, azın az dərdi olar düşüncısini unudub hər zaman çoxa meyil edərik. Əldə etdiklərimizdən daha çoxuna həvəs görtərməyimiz bizi daha çox doyumsuz edir.  Bəzən varlı insanların çox şeyi olanlar deyil, çox şeyə ehtiyacı olmayanlar olduğunu unuduruq.  Hər şeyimiz olsa da heç nəyimiz yoxdur kimi davranırıq. 

Bunun nəticəsidir ki, 7 milyard insan yaşayan dünyada, 13 milyrad insan üçün ərzaq istehsal olunur və dünyada 3 milyard insan aclıqdan əziyyət çəkir.

Başqalarını düşünmədən yaşamaq özünü də unutmaq deməkdir.  Bu gün sənin düşünmədiyin insanlar sabah səni unudaraq yaşayarlar.

Axı dünyada bir mömin üşüyürsə, bizim də isinmə haqqımız yoxdur. Axı bir möminin digər mömin qardaşına olan münasibəti, bir-birini bağlayıb dəstəkləyən bir binanın daşları kimidir. Axı qonşusu ac ikən özü tox yatan həqiqi iman etmiş sayılmaz. Bunun üçün ətrafımızdakı insanları düşünmək bizim ən azından insanlıq borcumuzdur. Düşündükdən sonra əl tutmaq isə bir mömin olaraq vəzifəmizdir.  Kasıblara əl tutarkən də malınızın azalmasından qorxmayın!!!

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) əhatə edəndir, biləndir. (Bəqərə, 2/261)

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA QAÇQINLAR DONMAMAQ ÜÇÜN PALTARLARINI YANDIRIRLAR

Fransada hərarətin -16 dərəcəyə qədər düşdüyü bölgələrdə qaçqınlar soyuqdan donmamaq üçün geyimlərini yandıraraq isinməyə çalışırlar. Məlumata görə hadisə North bölgəsi...

Bağla