Mübarək üç ayların başlangıcı və ilki olan olan Rəcəb ayının fəziləti olduqca çoxdur.
“Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir” (Bəqərə 222).
Bizə bu fani həyatda yenidən üç aylara qovuşmağı nəsib edən Allah-Təalaya sonsuz şükürlər olsun.
Peyğəmbər (s.ə.s) əfəndimiz, Rəcəb Allahın, Şaban mənim, Ramazan ümmətimin ayıdır” (Süyuti, Cəmius-Sağır 4411) buyururaq bu ayların bizim üçün nə qədər əhəmiyyətli olduğunu bildirir.
Peyğəmbərlər xaricində hər kəs günah işləyə bilər. Əsas məsələ günah işlədikdən sonra ürəkdən tövbə edərək o günaha bir daha yaxınlaşmamaqdır.
Peyğəmbər (s.ə.s) bu həqiqəti belə ifadə edir:
Hər insan xətaya düşə bilər. Xətaya düşənlərin ən xeyirlisi tövbə edənlərdir (Tirmizi, Qiyamə 49).
Xətaya düşməmək, xətasız qul olmaq mümkün deyil. Rəbbimiz bu yanlışlardan geri dönmək üçün tövbə qapısını ölüm anına qədər bizim üçün açıq qoymuşdur. Fəqət tövbəni hər dəfə gecikdirmək düzgün deyil. Çünki əcəlin nə zaman gələcəyi bilinmir.
Ağıllı insan, hər anı qənimət bilən və etdiyi günaha vaxtında tövbə edəndir. Möminin halı etdiyi xətadan sonra tövbə etmək şərtilə, azğın, günahkar və kafirlərdən ayrılır. Çünki günaha batmış bu kəslər davamlı olaraq tövbəni gecikdirirlər. Əcəl anı gələndə də çarəsiz və günahlar içində axirətə köçürlər.
Allah-Təala bizlərə məqbul tövbə ilə məqbul olmayan tövbəni belə bildirir:
“Allahın qəbul etdiyi tövbə yalnız nadanlıqla pis bir iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.”
“Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.” (Nisa, 17- 18)
Rəcəb ayının ilk cümə günü mübarək Rəqaib qəndilidir. Rəqaib sözünün “dəyəri çox olan, ehsan” kimi mənaları var. Bu gündə çox tövbə etmək gərəklidir.