ƏRDOĞAN ABŞ-I TERRORA DƏSTƏK VERMƏKDƏ İTTİHAM EDİB

0

“ABŞ tərəfindən qətliamla bağlı açıqlama verilib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın yanında deyildiniz? Bəs siz YPG-nin yanında deyildiniz? Terrorçuların yanındasınız və arxasındasınız”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, bunu lap əvvəldən görmüşük. Bunlar İraqın şimalına minlərlə “TIR” tank, silah-sursat gətiriblər və bu silah-sursatı terrorçulara təhvil veriblər. Bu terrorçularla bizim təhlükəsizlik xidmətimiz mübarizə aparıb, döyüşüb. İndi vəziyyətdən qaçış yoxdur. Əgər NATO ilə müttəfiqliyimizi davam etdirəcəyiksə, bizə qarşı səmimi olacaqsınız. Terrorçuların yanında durmayacaqsınız”, – deyə Ərdoğan vurğulayıb.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV: “AZƏRBAYCAN NAXÇIVANLA, TÜRKİYƏ İLƏ BİRLƏŞİR”

"Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi...

Bağla