BAZARDÜZÜNDƏKI ADSIZ YÜKSƏKLIYƏ “ZƏFƏR ZIRVƏSI” ADI VERILIB – VİDEO

0

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.

“Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.

Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL, COVİD-19 PEYVƏNDİNİN QƏZZAYA GİRMƏSİNƏ İZN VERMƏDİ

İsrail rəsmiləri Fələstin hökumətinin blokadada olan Qəzza zolağına göndərdiyi koronovirus peyvəndlərinin girməsinə izn vermədi. Bu barədə Fələstinin səhiyyə naziri Mey...

Bağla