ÜÇ TƏRBİYƏ ÜSULU

0

Rəbbimiz bizi tək tərəfli və tək rəngli yaratmamıştır. İnsanda üç ünsür diqqətəlayiqdir. Bədən, zehin və ruh adları altında insanın bu üç ünsürünə nəzər salaq.

Bədən; Bədənimiz biyoloji varlıq qəbilində fiziki olaraq bu dünyada yaşamaq üçün əhəmiyyətli bir insan ünsürüdür. Bədən ünsürü olmadan yaşamaq mümkün olmaz, bununla birgə insan bədəninin ən ümdə vəzifəsi digər insan ünsürlərinə təməl təşkil etməsidir. Belə ki, zehin və ruhumuz elə məhz bu bədən vasitəsi ilə bu dünyaya bağlanır. Bədən ünsürünün fəal qalması və maksimum faydalı olması üçün bədən tərbiyəsi olduqca əhəmiyyətlidir. İdman, sport deyil məhz bədən tərbiyəsinin insan bədəninə faydasından danışıram. İnsan öz bədənini bədən tərbiyəsi ilə sağlam, fəal və zində saxlamağı bacarmalıdır. Rəbbimiz bizə bunun üçün beş vaxt namaz, oruc, hacc, zəkat kimi bir çox “bədən tərbiyəsi fəaliyyətlərini” fərz qıldı. Beş vaxt namazla həm bədənimizi təmiz saxlayırıq həm də fiziki hərəkətlərlə zində qalırıq. Oruc tutaraq bədənimizi səhhətə qovuşdururuq. Hacca yaxud ümrəyə gedərək bədənimizi hərəkət etdirik, uzun məsafələri piyada yürüyürük. Zəkat vermək üçün bir çox fiziki iş görmək lazımdır, yəni yatmaqla pul qazanmaq və zəkat vermək mümkün olmayacağına görə bu baxımdan bədənimizə olan faydasından danışa bilərik. Bütün bu sadalananların xaricində məscidə yürümək, səyahət etmək, qohum əqrabaya baş çəkmək, qonşuya qohuma kömək etmək, ehtiyacı olanlara xidmət etmək də Rəbbimizin əmr etdiyi bədən tərbiyəsi nümunələridir. Təbii ki, sadalananları bədən tərbiyəsi niyyətiylə etmirik və elə etmək də olmaz olmaz amma bu Rəbbani əmrlərin tətbiqinin birbaşa nəticəsi olaraq bədənimizi canlı və zində saxlayırıq.

Zehin; İkinci insan ünsürü sayılan zehin beyin fəaliyyətlərimizi, zəka qabiliyyətlərimizi, düşüncələrimizi əhatə edir. Bilik əldə etmək, oxumaq, araşdırmaq, məlumat toplamaq kimi bir çox tərbiyə üsulları ilə zehin tərbiyəmizlə məşğul oluruq. Kitab oxumaq, leksiya dinləmək, təbiətə yaxud mənzərəyə baxaraq düşünmək zehnimizi tərbiyə edir. Rəbbimizin ilk ayəti oxu əmridir. Quranda tez-tez düşünməyin, təfəkkürün önəmi vurğulanmışdır. Araşdırmaq və yeni şeylər kəşf etmək də dinimizin emr etdiyi məsələlərdir. Deməli Rəbbimiz bizdən zehnimizi davamlı bülövləməyi tələb edir.

Ruh; Üçüncü insan ünsürü olan ruhumuzun diri qalması naminə Rəbbimiz bizlərə tərbiyəçilər qəbilində peyğəmbərlər göndərdi. Ruh tərbiyəsi üçün gözəl əxlaq və ibadətlərlə əldə edilən ixlas, təfəkkür, mərhəmət, fərasət kimi bir çox tərbiyə üsuluna ehtiyacımız var. İslamın beş şərti həm bədən həm də ruh tərbiyəsi üçün gərəklidir. İmanın altı şərti ruh tərbiyəsinin ayrılmaz hissəsidir. İhsan duyğusuna çatmaq isə bütöv insan olmağın əlamətidir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İPƏKYOLU NƏŞRİYYATDAN MÖHTƏŞƏM ÜÇ AYLAR HƏDİYYƏSİ

Mübarək üç aylar iqlimini idrak etdiyimiz bu mövsümdə “İpəkyolu” nəşriyyatı öz oxucularını yeni kitabla sevindirib. İslamveirfan.com xəbər verir ki, yeni...

Bağla