Bu gün axşam Rəgaib gecəsi qeyd ediləcək. Müsəlmanlar üçün böyük əhəmiyyəti olan üç aylardan rəcəb ayının ilk cümə axşamı gününü cümə gününə bağlayan gecədə idrak edilən Rəgaib gecəsi rəhmət və məğfirət gecəsi kimi qəbul edilir.
Rəgaib ərəbcə bir kəlmədir və “rağa-bə” kökündən yaranmışdır. Rağa-bə söz olaraq hər hansı bir şeyi istəmək, arzulamaq, o şeyə meyl etmək və onu əldə etmək üçün səy göstərmək deməkdir.
Termin kimi Rəgaib, türk dilində mübarək üç ayların əhya gecələrindən biridir. Hicri təqvimin yeddinci ayı rəcəbin ilk cümə axşamı gününün gecəsi rəgaib gecəsidir. Bu gecədə Uca Allahın rəhmət, bağışlanma və yardımlarının paylandığına inanılır.
Həmçinin, rəcəb, şaban və ramazandan ibarət üç aylarda rəgaiblə yanaşı böyük əhəmiyyəti olan mirac, bəraət və qədr gecələri də var.