Rəcəb ayının ilk cümə gecəsi Rəqaib gecəsidir. Rəqaib sözü ərəb dilində “rəğabə” kökündən gəlir. Rəğabə sözü, bir şeyi istəmək, arzulamaq, ona qarşı meyl etmək və onu əldə etmək üçün səy göstərmək mənalarını verir.
Rəqaib sözü Qurani-Kərimdə keçmir. Termin mənası olaraq Rəqaib qəndil gecələri dediyimiz mübarək gecələrdən biridir. Bu gecədə uca Allahın rəhmət, mərhəmət və yardımının bol olduğunu bilirik.
Rəqaib gecəsini ibadətlə keçirmək gərəkdiyini alimlər bizə bildirir.
“Beş gecə vardır ki, o gecədə edilən dualar geri çevrilməz: Rəqaib gecəsi, Bərat gecəsi, Cümə gecəsi, Ramazan və Qurban bayramının gecəsi” (Beyxaki, Sünən, Şüabul-İman 3/342).