HƏDİSÇİ ALİM EMİN SARAC HOCA DÜNYASINI DƏYİŞDİ

0

Tanınmış İslam alimi Muhammed Emin Sarac 92 yaşında dünyasını dəyişib. Səhhətində yaranmış nasazlıq səbəbilə xəstəxanaya çatdırılan Saracın həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə alimin ailəsi açıqlama yayıb: “Ailə böyüyümüz möhtərəm Emin Sarac hoca əfəndi Rəhməti-Rahmana qovuşmuşdur. Allah məkanını cənnət eləsin.” – deyə açıqlamada bildirilib.

Emin Sarac 1929-cu ildə Türkiyə Tokat vilayətinin Erbaa rayonunda alim bir babanın nəvəsi olaraq anadan olub. 6 yaşında babasının yanında Quran hafizliyinə başlayıb. 1943-cü ildə elm təhsil etmək üçün ailəsi tərəfindən İstanbula göndərilib. Burada müxtəlif mədrəsələrdə, müxtəlif alimlərin yanında təhsilini tamamlayan Emin Sarac, Hədisi-Şərif tədrisi üçün icazət alıb.

Daha sonra təhsilinə Misirdə davam edən Sarac burada 9 il qalıb.

İstanbula qayıtdıqdan sonra aralarında müfti, vaiz, din xadimi, akademik və müəllimlərin yetişdiyi 2 mindən çox tələbəyə elm öyrətdi. Osman Topbaş, Prof. Dr. Cevat Akşit, Prof. Dr. Osman Öztürk, Prof. Dr. Kemal Sandıkçı, Prof. Dr. Ahmet Turan Arslan, Prof. Dr. Mehmet Bulut, Prof. Dr. Mustafa Avcı, Prof. Dr. İbrahim Hatiboğlu kimi şəxslər onun tələbələrindən bəzisidir.

Beynəlxalq elm məclislərində dəfələrlə Türkiyəni təmsil edən Emin Saracın; Misir, Suriya, İordaniya, Fələstin, Küveyt, Hindistan, Pakistan və digər İslam ölkələri ilə elmi əlaqələri vardı.

Muhamməd Emin Sarac fevralın 21-də (sabah) İstanbul Fatih məscidində zöhr vaxtı qılınacaq cənazə namazından sonra torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MESUT ÖZİLDEN CÜMƏ PAYLAŞIMI – İSLAMIN MİLLİYƏTİ YOXDUR

Türkiyə “Fenerbahçe” klubunun ulduz futbolçusu Mesut Özil ötən gün sosial şəbəkədəki şəxsi səhifəsində cümə günü münasibəti ilə paylaşım edib. Özil,...

Bağla