ÖLÜMLƏ ƏLAQƏLİ HƏDİSLƏR

0

Bir gün Rəsullahın (s.ə.s) yanına ənsarlardan bir nəfər gələrək salam verib belə dedi: “Ey Allahın Rəsulu hansı mömin daha fəzilətlidir? Hz. Peyğəmbər də “Əxlaqi keyfiyyəti yüksək olan” deyə cavabladı. Sonra adam, peyğəmbərimizə yenə eyni sualı verdi. Hz. Peyğəmbər bu dəfə “Ölümü çox xatırlayanlar və axirət həyatına ən gözəl hazırlananlar. Bax, onlar ən ağıllı kəslərdir” dedi (İbn Macə, Zühd 31).

“Ləzzətləri yox edən ölümü çox xatırlayın” (Nəsai, Cənaiz 3).

“Qəflət içində olan, gülüb oynayan, qəbirləri və torpaq altında çürüyən cəsədləri unudan qul nə bədbətxdir! Azmış, həddi aşmış, haradan gəlib haraya getdiyini yaddan çıxaran qul da nə bədbəxtdir” (Tirmizi, Sifətül-Qİyamə 17).

“Hər kim Allaha qovuşmağı diləyərsə Allah da ona qovuşmağı diləyər. Hər kim Allaha qovuşmağı istəməzsə, Allah da ona qovuşmağı istəməz. Bunu xoş görməz” (Buxari, Riqəq 41).

“Başınıza gələn sıxıntıdan dolayı ölümü arzulamayın. Əgər mütləq istəyəcək olsanız, onda “Allahım yaşamaq mənim üçün xeyirlidirsə, məni yaşat, ölüm mənim mənim üçün xeyirlidirsə, canımı al” desin” (Buxari, Mərda, 19).

“Ölmək üzərə olan birinə “Lə iləhə illəllah” sözünü təlqin edin” (Müslim, Cənaiz 2).

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KÖHNƏ VƏSİQƏ İLƏ AZƏRBAYCANDAN TÜRKIYƏYƏ GETMƏK MÜMKÜN OLMAYACAQ

Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq". Bunu...

Bağla