Avstraliyada koronovirusla mübarisə edən qabaqcıl peşə sahiblərinin şərəfinə poçt markası buraxılıb.
“Ən qabaqcıl qəhramanlar” başlıqlı markalarda səhiyyə əməkdaşlarının nümayəndəsi kimi hicablı həkimin şəklindən istifadə olunub.
Bundan başqa polis işçiləri, market əməkdaşları və s. peşə sahiblərinin şərəfinə də marka buraxılıb.