Hz. Mövlana belə buyurur: “Münafiqlərlə dostluq edənin uğursuzluğu, mömini də çirkinləşdirər və asi edər” (c.2, 2892).
İslamda münafiqliyin dərəcəsi “öz halında olan bir kafirdən daha betərdir” kimi bildirilir. Münafiq, insanlar arasında küfrü aşılamağa çalışar və nifaq salar. Bu səbəbə görə öz halında olan, heç kəslə işi olmayan kafirdən daha pisdir. Bu cür insanlarla dostluq, yaxınlıq edən mömin şəxslər çox zərərə uğrayarlar. Zira belə insanlarla yaxınlıq edən mömin zamanla münafiq olmasa belə fikirləri, düşüncələri onunku kimi olar. Bu da möminin hüsranına səbəb olar. Hz. Mövlananın yuxarıdakı kəlamı buna işarətdir.
Osman Nuri Topbaş