“Almaniya Müsəlmanları Mərkəzi Şurası”nın sədri Ayman Mazyek, bu il ölkədə keçiriləcək seçki barədə bəyanat yayıb.
Mazyek bu il həm parlament, həm də əyalət seçkiləri olacağını xatırladarq 2 milyona yaxın müsəlmanı seçkidə aktiv iştirak etməyə səsləyib.
Şura sədri bu məqsədlə, “Mənim səsim önəmlidir” adlı afişa kampaniyası başlatdıqlarını qeyd edib.
“Bizlər Almaniyanın bir hissəsiyik. Bu kampaniya ilə demokratiya və əsas azadlıqların tərəfində olduğumuzu nümayiş etdirmək istəyirik. İstifadə etmədiyimiz hər səs, Almaniyanı təhlükəli şəkildə parçalamağa çalışan radikal irqçi və populistlərə verilmiş olacaq.” – deyə Mazyek açıqlamasında bildirib.
Qeyd edək ki, bu il sentyabr ayının 26-da Almaniyada Fedderal Məclis seşkisi keçiriləcək. həmçinin bu il müxtəlif tarixlərdə 6 əyalətdə parlament seçkisi olacaq.