Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu social şəbəkədəki səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü münasibəti ilə paylaşım edib.
İslamveirfan.com xəbər verir ki, baş diplomat paylaşımında bu cinayəti unutmadıqlarını, unutdurmayacaqlarını vurğulayıb.
“29 il əvvəl #Xocalıda amansızlıqla qətlə yetirilən Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik. Bəşəriyyətə qarşı işlənmiş bu cinayəti unutmadıq, unutdurmayacağıq.” – deyə Çavuşoğlu qeyd edib.