Səudiyyə Ərəbistanı krallığının rəsmiləri pandemiya mühitində Həcc ibadətinin yerinə yetirilməsi üçün şərtləri açıqlayıb.
Yerli “Ukaz” qəzetinin yaydığı xəbərə görə, bu barədə krallığın səhiyyə naziri Tevfiq ər-Rəbia açıqlama verib.
Açıqlamada bildirilir ki, Həcc ibadətini yerinə yetirmək istəyənlər hökmən kovid-19 peyvəndi vurdurmalıdır və bu, indilik Həccin şərtlərindən biridir.
Nazir Rəbia Məkkə, Mədinə və s. müqəddəs məkanlardakı səhiyyə məntəqələrində fəaliyyət göstərəcək səhiyyə əməkdaşlarının erkəndən təmin edilməsi üçün göstəriş verib.
Həmçinin xəbərdə nazirin, zəvvarlar üçün kovid-19 komissiyası qurulması təlimatı verdiyi qeyd edilib.
“Anadolu” agentliyi